19:20 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Dəmiryolu xətti

Sabah Astara çayı üzərində dəmiryolu körpüsünün təməli qoyulacaq

livejurnal.ru
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü keçiriləcək

BAKI, 19 apr — Sputnik. 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Astara şəhərində Astara çayı üzərində dəmiryolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. Bu barədə Sputnik-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri — Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

Əlaqədar

Dəmiryolu vağzallarında pulsuz “Wi-Fi” şəbəkəsi qurulacaq
Bakı Dəmiryolu Vağzalı ilə Hava Limanı arasına dəmiryolu çəkiləcək
Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolunun təmiri davam edir
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun böyük hissəsi əsaslı təmir olunub
Teqlər:
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, Azərbaycan Respublikası, İran İslam Respublikası, dəmiryolu, Astara çayı, Astara

Əsas mövzular