Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib

© AFP 2023 / DPA/Oliver BergEin Schild mit der Überschrift "Bundesrepublik Deutschland" an der Autobahn bei Aachen
Ein Schild mit der Überschrift Bundesrepublik Deutschland an der Autobahn bei Aachen - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə olarkən danışığınıza diqqət edin. Türkiyəni tənqid edən açıqlamalar və terrorçu qruplaşmalara meyilli ifadələrdən çəkinin.

BAKI, 18 aprel-Sputnik. Türkiyədə olarkən danışığınıza diqqət edin. Türkiyəni tənqid edən açıqlamalar və terrorçu qruplaşmalara meyilli ifadələrdən çəkinin.

Sputnik-in məlumatına görə, bu barədə vətəndaşlara xəbərdarlıq Almaniyanın Xarici İşlər Nazirliyinin saytında yer alıb.

Xəbərdarlıq "Xüsusi cəza ilə bağlı hökmlər" başlığı altında edilib: "İctimaiyyət arasında Türkiyəyə qarşı siyasi açıqlamalar verməyin, terror qruplaşmalarının təəssübünü çəkəcək ifadələr işlətməyin".

Almaniyanın Xarici İşlər Nazirliyi "Səyahət və təhlükəsizlik xəbərdarlığı" başlığı altında xaricə səfər edən öz vətəndaşlarına səyahətə çıxdıqları ölkə barədə diqqət edəcəkləri məsələlər barədə məsləhətlər verir.

Xəbər lenti
0