İŞİD Türkiyəni raket atəşinə tutdu

© AFP 2023 / Aris Messinisraket hücumu
raket hücumu - Sputnik Azərbaycan
Abunə olmaq
5 "Katyuşa"nın raket zərbələri nəticəsində 4 nəfər ölüb, 6 nəfərsə yaralanıb.

BAKI, 18 aprel-Sputnik. Türkiyənin Kilis bölgəsi İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulub.

Sputnik-in məlumatına görə, bu barədə Kilis valiliyi məlumat yayıb.

Məlumata görə, 5 Katyuşanın raket zərbələri nəticəsində 4 nəfər ölüb, 6 nəfərsə yaralanıb.

Raket mərmilərindən ikisi Abdulla Gül bulvarı üzərindəki dövlət xəstəxanasının arxasındakı oksigen deposuna, ikisi isə Yavuz Sultan Səlim Məhəlləsinə düşüb.
Mehmet Keçik ərazisindəki məktəb sahəsinə düşən mərmi nəticəsində 40 yaşlı çoban Kamil Cerruh ölüb, 14 yaşlı şagird Mehmet Sarıbuğday isə yaralanıb. Yaşayış binasına düşən raket mərmisi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Kilis Valiliyi bu gün baş verən partlayışlarda 3-ü uşaq olmaqla 4 suriyalının həyatını itirdiyini açıqlayıb.
Açıqlamada, patlayışlarda 1-i türk, 5-i suriyalı 6 nəfərin yaralandığı qeyd olunub.

Türkiyə ordusu isə cavab olaraq Suriya ərazisini atəşə tutub.

Daha bir top mərmisi Hatay ərazisinə düşüb. Boş sahəyə düşdüyündən hadisə zamanı ölən olmayıb.

Xəbər lenti
0