İran Rusiyadan aldığı “S-300” komplekslərini nümayiş etdirib

© Mikhail Fomichev / Mediabanka keçidРазворачивание зенитно-ракетной системы С-300
Разворачивание зенитно-ракетной системы С-300 - Sputnik Azərbaycan
Abunə olmaq
İran Milli Ordu Günü münasibəti ilə keçirilən paradda Rusiyadan alınmış “S-300” zenit raket kompleksləri (ZRK) nümayiş etdirilib.

BAKI, 17 apr — Sputnik. Bu gün Tehranda İran Milli Ordu Günü münasibəti ilə keçirilən paradda Rusiyadan alınmış “S-300” zenit raket kompleksləri (ZRK) nümayiş etdirilib.  

Bununla bağlı İranın “Mehr” və “Tasnim” agentlikləri kadrlar yayıblar.

İranda S-300 kompleksləri ictimaiyyətə ilk dəfədir ki, nümayiş etdirilir.

Qeyd edək ki, hərbi paradda İran prezidenti Həsən Ruhani açılış çıxışı edib.

Rusiya və İran 2007-ci ildə “S-300” komplekslərinin alınması ilə bağlı 900 milyon dollar dəyərin müqavilə imzalayıblar. Lakin BMT Təhlükəsizlik Şurasının İrana sanksiyaları nəzərdə tutan 1929 saylı qətnaməsinin qəbulundan sonra Rusiyanın o zamankı prezidenti Dmitrii Medvedev müqavilənin yerinə yetirilməsinin dayandırılması barədə sərəncam verib.

İran bunun cavabında Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib və Rusiyaya qarşı 4,2 milyard dollar iddia irəli sürüb. Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin aprelində İrana “S-300” komplekslərinin çatdırılması ilə bağlı qadağanın aradan götürülməsi üçün sərəncam imzalayıb. Bu ilin yanvarında İran  Rusiyaya qarşı məhkəmə iddiasını da geri götürüb.

Xəbər lenti
0