Azərbaycanda 40 dərəcə isti gözlənilir

Abunə olmaq
AMEA: Bu il Azərbaycanda yay fəsli əvvəlki illərə nisbətən isti olacaq.

BAKI, 13 aprel-Sputnik. Bu il Azərbaycanda yay fəslinin əvvəlki illərə nisbətən isti olacağı gözlənilir.

Sputnik-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya deyib.

Onun sözlərinə görə, qışın və yazın müqayisəsi göstərir ki, yayda havanın temperaturunda keçən illərlə müqayisədə 1-2 dərəcə fərq olacaq. Amma ümumilikdə istilərin davamlı olacağını demək olmaz:

"Məsələn, keçən il iyulun 20-dən avqustun 20-dək ölkə ərazisində yağıntı olmadı, amma havanın temperaturu yüksək oldu. Bu il belə davamlı istilər gözlənilmir. Sadəcə müəyyən günlərdə havanın temparaturu 40 dərəcəyə qədər artacaq".

M.Həsənov əlavə edib ki, bu il Azərbaycanda qış fəsli isti keçib. Onun sözlərinə görə, hətta bəzi günlərlə müqayisədə havanın temperaturu normadan yüksək olub: "Davamlı soyuqlar, mənfi temperaturlar olmayıb. Yazda da hələ ki istilər müşahidə olunur".

Xəbər lenti
0