Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Azərbaycanla bağlı qorxunc proqnoz

© AFP 2023 / Richter magnitude scaleEarthquake
Earthquake - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 7-8 bal gücündə zəlzələ gözlənilir.

BAKI, 13 aprel-Sputnik. 2016 və 2017-ci illərdə Dağıstan yaxınlığında 6,5 bal gücündə zəlzələ gözlənilir.

Sputnik-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirib.

O deyib ki, proqnoz Şərqi Qafqaz üzrədir. Bu, Azərbaycanla Dağıstan sərhəddidir. Zəlzələ ya bu il, ya da gələn il ola bilər.
"Bizim proqnoza görə, zəlzələnin maqnitudası 6-6,5 bal olacaq, bu da 7-8 bal deməkdir" — deyə Y.Roqojin söyləyib.

Onun sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyi artıq bundan xəbərdardır və yerli hakimiyyətin hələ ki, təkanlara tab gətirməyəcək binaları bərkitmək üçün vaxtı var.

Xəbər lenti
0