21:28 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
71 0 0

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılacaq qurum dövlət müəssisə və təşkilatlarını ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin edəcək

BAKI, 13 apr — Sputnik. "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti fermerlərin öz məhsullarını satmaqları üçün böyük imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək.

Sputnik nazirliyin saytına istinadla xəbər verir ki, "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması" Qaydası ərzaq məhsulunu satmaq istəyində olan istehsalçılara elektron qaydada qeydiyyata düşərək, məhsullarını dövlət tədarükçüsünə satmağa şərait yaradacaq. Ölkə başçısının 11 aprel 2016-cı il tarixdə imzaladığı "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması" Qaydasının və "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncamı Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək.

Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədilə ilə verilən fərman və sərəncamların icrası üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinə təlimatlar verilib.

Əlaqədar

Dövlət sifariş vermir, fermer də əkmir
Meşə yanğınlarına görə fermerlər cəzalandırılacaq
Samir Əliyev: daxili istehsal olsa insanlar gedib Dərbənddən aylıq ərzaq alıb gəlməz
Ukrayna Türkiyəni ərzaqla təmin etməyə hazır olduğunu bildirib
Ərzaq məhsulları bahalaşıb
Teqlər:
Kənd Təsərrüfatı Nazirliyi, məhsul, "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti, ərzaq, fermer

Əsas mövzular