10:04 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Малейкя Аббасзаде

Prezident Məleykə Abbaszadəni yüksək vəzifəyə təyin etdi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
172730

TQDK-nın sabiq sədri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib.

BAKI, 12 aprel-Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.

Sputnik president.az-a istinadla xəbər verir ki, prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Məleykə Mehdi qızı Abbaszadəni Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edib.

Qeyd edək ki, Məleykə Abbaszadə ötən gün prezidentin fərmanı ilə ləğv olunmuş Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədri idi.
Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur. Fərmanda bildirilir ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Əlaqədar

Prezident TQDK-nı ləğv etdi
TQDK-nın keçmiş mətbuat katibi barəsində axtarış elan olunub
TQDK bu ilki qəbul imtahanlarının tarixini açıqlayıb
TQDK Təhsil Nazirliyinə birləşərsə, nə baş verər?
TQDK ali məktəblərə qəbul edilənlərin siyahısını açıqlayıb
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, prezident İlham Əliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, TQDK, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası

Əsas mövzular