CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın tanınmış kabel televiziyası operatorundan yenilik

KATV1
KATV1 - Sputnik Azərbaycan
Abunə olmaq
KATV1 öz infokanalının adını və konspesiyasını dəyişdi: "Məqsədimiz gəncləri yalnız əyləndirmək deyil, həm də müxtəlif sahələr üzrə maraqlı bir formatda maarifləndirməkdir"

BAKI, 12 apr — Sputnik. Cənubi Qafqazın aparıcı telekommunikasiya və kabel televiziyası operatorlarından olan KATV1 öz şəbəkəsində yayımlanan ÇartBox infokanalının adını dəyişib. KATV1-dən Sputnik-ə verilən xəbərə görə, telekanal artıq Myvideo TV adı altında yayımlanacaq.

Myvideo TV həmçinin yeni konsepsiyaya uyğun inkişaf edəcək. Əsasən 15-35 yaş qrupu çərçivəsində teletamaşaçı auditoriyasına ünvanlanan telekanalda yaxın 3 ildə maraq əhatəsinə uyğun müxtəlif yeni telelayihələrin hazırlanması nəzərdə tutulub. Azərbaycanın teleməkanında gənclərə ünvanlanmış digər telelayihələrdən fərqli olaraq, Myvideo TV "əyləncə və fərdi inkişaf" formatlarının sintezini nəzərdə tutub.

"Yaxın zamanlarda yeni formatda olan ilk telelayihə müxtəlif sahələrdə gənc istedadların üzrə çıxarılması və ictimaiyyətə təqdim ediılməsinə xidmət edəcək Azərbaycanda indiyədək tam olaraq gənc auditoriyaya ünvanlanan telekanal yox idi. Myvideo TV bu son dərəcə mühüm və televiziya sahəsində perspektivli istiqaməti əhatə etmək niyyətindədir", —məlumatda bildirilib.

Şirkətdən bildirilib ki, yeni dəyişiklikdə məqsəd gəncləri yalnız əyləndirmək deyil, həm də müxtəlif sahələr üzrə maraqlı bir formatda maarifləndirməkdir.

Xəbər lenti
0