CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QHT-lər ötüşə çıxacaq

© TRENDAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "QHT-lər arasında atıcılıq çempionatı" təşkil edəcək. Çempionat 9 may 2016-cı il tarixində Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

BAKI, 11 apr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar "QHT-lər arasında atıcılıq çempionatı" təşkil edəcək. Şuranın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, çempionat 9 may 2016-cı il tarixində Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Həbs qərarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bəzi QHT-lər "qara siyahı"dan çıxarılmadı

Çempionatda iştirak edəcək hər bir komandada 1-dən 5-ə qədər QHT təmsil oluna bilər. Atıcılıq çempionatında iştirak etmək istəyən QHT-lər komandanın adını, üzvlərinin ad və təvəllüdlərini və əlaqə vasitələrini yazaraq 30 aprel 2016-cı ilədək office.asu@gmail.com elektron poçtuna göndərməlidirlər.

Yarışda iştirak edəcək komandaların seçimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılacaq. Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

Əlaqə vasitələri: (+994) 50 359 89 86, (+994) 12 493 17 80

Xəbər lenti
0