15:26 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2601

Mübariz Göyüşlü: "Belə birliklər iqtisadi və hərbi münasibətlərlə daha da sıxlaşdırılacaq və dünyaya sülh, barış gətirəcəklər"

BAKI, 11 apr — Sputnik. Aprelin 9-da Türk Dünyası Bakı Atatürk Liseyi, "Müasir İnkişaf" İctimai Birliyi, "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçığıyla "Türk Keneşi: görülmüş işlər və gələcək perspektivlər" mövzusunda konfrans keçirilib. Konfrans 2009-cu ildə yaradılmış və qərargahı İstanbulda yerləşən Türk Konseyi — Türk Keneşi — Türk Şurası adlandırılan və dörd türk dövlətini (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) sıralarında birləşdirən beynəlxalq təşkilatın gördüyü işlərə həsr olunmuşdu. Konfrans eyni zamanda türk dövlətlərinin inteqrasiyası istiqamətində görülən işlərin təhlilinə, bununla bağlı yaradılmış qurumların tanıtımına da həsr olunmuşdu.

Konfransı giriş sözü ilə "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev açaraq Türk Keneşi ilə bağlı qısa məlumat verib. O, hazırkı dövrdə Türk Birliyinin çox vacib olduğuna diqqət çəkərək bu istiqamətdə görülən işlərə dəstək olmağın əhəmiyyətini önə çəkib.

Daha sonra çıxış edən "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü slaydlı təqdimat edib. O, Turan anlayışının, türkçülük hərəkatının romantik dövrlərindən başlayaraq dövlətlərin və siyasətçilərin fəaliyyət göstərdiyi müstəviyə qədər gəlib çıxdığını vurğulayıb. M.Göyüşlü Osmanlıda, Qafqazda, Krımda, Türküstanda klassiklərimizin göstərdikləri fəaliyyətlərə, daha sonra müstəqil türk cümhuriyyətlərinin qurulmasına toxunaraq Sovet imperiyasının bu prosesi yarımçıq kəsdiyini açıqlayıb.

Konfrans iştirakçıları
© Photo : Müasir İnkişaf İB
Konfrans iştirakçıları

"Müstəqillik qazandıqdan sonra türk dövlətləri və muxtar toplumları inteqrasiya istiqamətində addımlar atdılar, türk dövlət başçılarının zirvə sammitləri keçirildi. Bunun nəticəsi olaraq başda Türk Keneşi olmaqla TÜRKSOY, Türk Parlamenti və s. vacib qurumlar yaradıldı", —deyə təşkilat rəhbəri bildirib.

Birlik sədri hər il 3 oktyabrda keçirilən Dünya Türklərinin Həmrəylik Günü, Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili, Ortaq Türk Tarix və Ortaq Türk Ədəbiyyat kitabları ilə bağlı da fikirlərini çatdırıb. O, son günlər erməni hərbi birliklərinin Azərbayacana hücumunu, Türkiyədki terror hadisələrini və s. misal göstərərək hərbi birliyin akual olduğunu qeyd edib. M.Göyüşlü bu birliklərin iqtisadi və hərbi münasibətlərlə daha da sıxlaşdırılacağına və dünyaya sülh, barış gətirəcəklərinə əminliyini ifadə etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev çıxış edərək türk ölkələrinin birliyinə aparan məqamlardan danışıb. O, bununla bağlı yazdığı kitabdan mühüm məqamları iştirakçıların diqqətinə çatdırıb.

Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri İbrahim Yıldırım birlik məsələsində mədəniyyət amilinin çox mühüm yer tutuduğunu vurğulayıb. O, təmsil etdiyi qurum haqqında fikirlərini söyləyərək dünyanın bir çox ölkəsində fəaliyyət göstərdiklərini deyib. İ.Yıldırım hazırda yeni ofisdə fəaliyyətlərinə davam etdiklərini deyərək hər kəsi əməkdaşlığa dəvət edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, sosioloq Əhməd Qəşəmoğlu Qərb ölkələri ilə ünsiyyətdə dünyaya incilər bəxş etmiş türk böyüklərinin gördüyü işləri təqdim etməyi vacib sayıb. Onun sözlərinə görə avropalılara Nizami Gəncəvi, Yunus Əmrə, Mövlanə, Füzuli və s. haqqında fikirlər söyləməklə, onların çalışmalarından bəhs etməklə daha geniş işlər görmək olar.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov hazırda Ortaq Türk Tarxi kitabının yazıldığını qeyd edib: "Mənə həvalə olunan Qacarlarla bağlı bölüm olub, mən də onu yazıb təhvil vermişəm". H.Həsənov TurkuAz hərbi təlimlərinin gələcəkdə qurulacaq türk hərbi birliyinin əsası olacağına inandığını dilə gətirib.

Türkiyə Səfirliyinin təhsil müşavirliyinin əməkdaşı İdris Göbütoğlu hazırkı dönəmdə mövcud olan bəzi məqamlarla bağlı tənqidi qeydlərini bildirib. O, türklərinin assimliyasiya olunmağa meyilli olmalarından narahatlığını ifadə edib. İ.Göbütoğlu üzünü tələbə gənclərə tutaraq onları çoxlu mütaliə etməyi və öz üzərində çalışmağı tövsiyyə edib.

Sonda tədbir iştirakçılarının Türk Konseyinə — Türk Keneşinə müraciəti oxunub, təkliflər səsləndirilib.

Əlaqədar

Türkiyədən İlham Əliyevə müraciət: Sizin komandanlığınız altında döyüşmək istəyirik
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Həbsdə olan iş adamı prezidentə müraciət etdi
Din xadimləri İlham Əliyevə müraciət etdilər
Teqlər:
Türk Şurası, Türk Keneşi, Türk Konseyi, "Gənclərin Töhfəsi" İctimai Birliyi, "Müasir İnkişaf" İctimai Birliyi, Türk Dünyası Bakı Atatürk Liseyi

Əsas mövzular