Con Kerri İraqa gözlənilməz səfər edib

© REUTERS / Max RossiГоссекретарь США Джон Керри.
Госсекретарь США Джон Керри. - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

BAKI, 8 apr — Sputnik. Birləşmiş Ştatlar dövlət katibi Con Kerri bu gün İraqa gözlənilmədən səfər edib.

Sputnik xəbər verir ki, Kerri Bağdad rəhbərliyi ilə İŞİD-ə qarşı mübarizə yollarını müzakirə edəcək.

Səfər barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

Kirbinin sözlərinə görə, Con Kerri İraqın baş naziri Haydar əl-Abadi, xarici işlər naziri İbrahim əl-Cəfəri və İraqın şimalındakı regional hökumətin rəhbəri Neçirvan Bərzani ilə görüşəcək.

Xəbər lenti
0