00:05 24 Sentyabr 2017
Canlı yayım
İştirakçıları beynəlxalq qurumlardan və dövlətlərdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi tələb ediblər

Serj Sarkisyanı Berlinə getməyə peşman etdilər

© Foto: State Committee on Work with Diaspora of Azerbaijan
XƏBƏRLƏR
Qısa URL
6521

Almaniyada yaşayan azərbaycanlılar və türklər Azərbaycana dəstək aksiyası keçiriblər.

BAKI, 6 aprel-Sputnik. Aprelin 6-da Berlində Almaniya Federativ Respublikasının Federal Kanslerinin Qərargahının qarşısında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), "Berlin" Azərbaycan Evinin, Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ermənistanın Prezidenti Serj Sarkisyanın Almaniya Federativ Respublikasına səfəri ilə əlaqədar etiraz aksiyası keçirilib. Aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.

  • Aprelin 6-da Berlində Serj Sarkisyanın Almaniyaya səfəri ilə əlaqədar etiraz aksiyası keçirilib
    Aprelin 6-da Berlində Serj Sarkisyanın Almaniyaya səfəri ilə əlaqədar etiraz aksiyası keçirilib
    © Foto: State Committee on Work with Diaspora of Azerbaijan
  • Aksiyada Azərbaycan diaspor təşkilatlarının çoxsaylı nümayəndələri iştirak edib
    Aksiyada Azərbaycan diaspor təşkilatlarının çoxsaylı nümayəndələri iştirak edib
    © Foto: State Committee on Work with Diaspora of Azerbaijan
  • Aksiya iştirakçıları ilk olaraq Azərbaycan Respublikasının dövlət himnini və Əsgər marşını oxuyublar
    Aksiya iştirakçıları ilk olaraq Azərbaycan Respublikasının dövlət himnini və "Əsgər marşı"nı oxuyublar
    © Foto: State Committee on Work with Diaspora of Azerbaijan
  • Çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını kəskin şəkildə pisləyiblər
    Çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını kəskin şəkildə pisləyiblər
    © Foto: State Committee on Work with Diaspora of Azerbaijan
  • İştirakçıları beynəlxalq qurumlardan və dövlətlərdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi tələb ediblər
    İştirakçıları beynəlxalq qurumlardan və dövlətlərdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi tələb ediblər
    © Foto: State Committee on Work with Diaspora of Azerbaijan
1 / 5
© Foto: State Committee on Work with Diaspora of Azerbaijan
Aprelin 6-da Berlində Serj Sarkisyanın Almaniyaya səfəri ilə əlaqədar etiraz aksiyası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik-ə daxil olan məlumata görə, aksiya iştirakçıları ilk olaraq Azərbaycan Respublikasının dövlət himnini və "Əsgər marşı"nı oxuyublar. Daha sonra isə alman ictimaiyyətinin nümayəndələri Matias Volf və Verner Volter, azərbaycanlı fəal Elxan Aslanov, həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer İsmayılova və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva etiraz aksiyasında çıxış ediblər. Aksiyada çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin qətlə yetirilməsini kəskin şəkildə pisləyiblər.

Bununla yanaşı, əllərində Azərbaycan, Türkiyə, Almaniya bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları da öz növbəsində insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi təqdim edən beynəlxalq qurumlardan və dövlətlərdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi tələb ediblər.

Aksiya zamanı Ermənistanın əleyhinə "Ermənistan təcavüzkarlığı dayandırılsın", "Dinc və günahsız azərbaycanlılara toxunmayın", "Torpaqlarımızı tərk edin", "Qarabağ bizimdir, bizim olacaq", "Zorakılığa son!", "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır" kimi müxtəlif şüarlar səsləndirilib.

Əsas mövzular