QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan atəşkəsə əməl etmir

© Photo : Ministry of Defense of AzerbaijanƏsas diqqət müasir döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin düzgün istifadə və tətbiq edilməsinə yönəldilib
Əsas diqqət müasir döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin düzgün istifadə və tətbiq edilməsinə yönəldilib - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi rəsmi açıqlama yaydı: "Mövqelərimiz minaatanlardan intensiv olaraq atəşə tutulur. Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır"

BAKI, 6 apr — Sputnik. Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.

Nəcməddin Sadıqov - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan və Ermənistan ordularının Baş Qərargah rəisləri görüşüblər

Sputnik xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb. Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur. Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.

Qeyd edək ki, aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib. Görüşdə tərəflər Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.

Xəbər lenti
0