00:29 26 Sentyabr 2017
Canlı yayım
Haker

Türk hakerlər Ermənistanın rəsmi saytlarına hücum ediblər

thepcprinciple.com
XƏBƏRLƏR
Qısa URL
9631

"Aslan Neferler Tim": "Ermənistan Azərbaycan ərazilərinin işğalını dayandırmayana qədər, biz də onların virtual məkanını işğal etməkdə davam edəcəyik"

BAKI, 6 aprel — Sputnik. "Aslan Neferler Tim" adlı milliyətçi türk hakerlər (hacker) qrupu, Ermənistanın Müdafiə Nazirliyinin, Erməni Silahlı Qüvvələrinin Baş Qərargahının, Enerji, Kənd Təsərrüfatı nazirlikləri və digər hökümət qurumlarının saytlarına kiber (cyber) hücumlar təşkil edib.

Sputnik-in məlumatına görə, daha əvvəl Türkiyədə HDP və ODTÜ-yə, xaricdə isə Hollandiyanın radikal sağ mövqeli siyasətçisi Girt Vildersin (Geert Wilders) şəxsi səhifəsinə, Belçikanın dövlət saytlarına hücum təşkil edən "Aslan Neferler Tim", son günlər Ermənistanla Azərbaycanın təmas xəttində — Qarabağda baş verən silahlı toqquşmalarla bağlı Azərbaycan hökumətinə dəstək məqsədilə erməni saytlarını hədəfə alıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının, həmçinin bir sıra nazirliklər və dövlət qurumlarının saytlarını iflic edən qrup Ermənistana qarşı kiberhücumlarını davam etdirəcəklərini bildirib. Qrup bununla yanaşı bəyan edib ki, onları bu addımı atmağa heç kəs sövq eləmir, özləri bunu Azərbaycanın ərazi bütövlüyünün bərqərar edilməsi yolunda vicdan borcu hesab edirlər: "Biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərqərar edilməsi yolunda vicdan borcumuz hesab edirik. Ermənistan Azərbaycan ərazilərinin işğalını dayandırmayana qədər, onların virtual məkanını da biz işğal etməkdə davam edəcəyik".

Əlaqədar

Türk hakerlər Rusiya hakimiyyətinə "hücum" ediblər
Hakerlər BMT-nin 3500 əməkdaşının şəxsi məlumatlarını oğurladılar
"Amrahbank": haker hücumları bankın işinə təsir etməyib
Hakerlər Arnold Şvartseneggeri "öldürdülər"
“Smart” saatlar hakerlərin hədəfinə çevrilə bilər
Erməni hakerlər tərəfindən dağıdılmış 3 saytın fəaliyyəti bərpa edilib
Teqlər:
kiberhücum, sayt, Qarabağ, Azərbaycan, Ermənistan, Türkiyə, haker

Əsas mövzular