Almaniya mühacirlərdən kəşfiyyat məlumatlarının toplanmasında istifadə edib

© AzərtacSuriyalı qaçqınlar
Suriyalı qaçqınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın son 15 ildə minə yaxın qaçqına məlumat qarşılığında sığınacaq verdiyi ortaya çıxıb.

BAKI, 1 aprel-Sputnik. Almaniyanın son 15 ildə minə yaxın mühacirə məlumat qarşılığında sığınacaq verdiyi ortaya çıxıb. 

Bu barədə Sputnik Türkiyənin Doğan xəbər agentliyinə istinadla xəbər verir.

Başda Xarici Kəşfiyyat Təşkilatı (BND) olmaq üzrə, Konstitusiyanı Qoruma Təşkilatı, Federal Polis, Federal Kriminal Dairəsi, Əyalət Kriminal Palataları və Əyalət Konstitusiyanı Qoruma Təşkilatlarının da immiqrantları məlumat qaynağı olaraq istifadə etdiyi ortaya çıxıb.

BND 1958-2013 illəri arasında Müsahibə Ümumi Müdirliyi (Hauptstelle für Befragungswesen —HBW) adı altında Almaniyaya gələn qaçqınları sorğuya çəkərək məlumat yığıb. HBW-nin bu yolla dünyanın müxtəlif bölgələrindən gələn mühacirlərin sorğulanmasında Federal Miqrasiya və Qaçqınlar Dairəsinin (BAMF) də vasitəçilik etdiyi bildirilib. Bir çox sorğularda Amerika kəşfiyyatı da iştirak edib.

BND müsahibə əsnasında kəşfiyyat baxımından əhəmiyyətli və maraqlı məlumat verənlərə sığınacaq verilməsi üçün BAMF-a tələb göndərib. Bu yolla 2000-2015 illəri arasında 998 qaçqın sığınacaqla təmin edilib. Bunların 842-i BND tərəfindən məlumat qaynağı olaraq istifadə edilib.

Xəbərə görə, alman kəşfiyyatı 2000-2005-ci illər arasında keçmiş Sovet İttifaqı ölkələrindən gələnlərdən məlumat almaq istəyib və 121 adama aldığı məlumat qarşılığında sığınacaq verilməsini təmin edib. 2005-ci ildən sonra isə diqqəti Afrika və Asiyadan gələnlərə yönəldib.

Rəsmi olaraq BND-nin qaçqınları sorğuya çəkərək məlumat toplamağı 2013-ci ildə dayandırdığını açıqlamasına baxmayaraq, eyni üsuldan hələ də istifadə edildiyi yazılıb.

Xəbər lenti
0