Paris yenə partladı

© AFP 2023 / DOMINIQUE FAGET Yanğınsöndürənlər və xilasedicilər hadisə yerində
Yanğınsöndürənlər və xilasedicilər hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 1 aprel-Sputnik. Bu gün Fransanın paytaxtı Parisin mərkəzində partlayış baş verib.

Sputnik-in məlumatına görə, bu barədə ilk məlumatı şahidlərin sözləri əsasında NBC News yayıb.

"Twitter" istifadəçiləri hadisənin təbii qaz balonunun partlaması nəticəsində baş verdiyini iddia edib.

Məlumata görə, partlayış baş verən əraziyə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb olunub.

Paris polisi partlayışa paytaxtın 6-cı dairəsindəki yaşayış evlərindən birində qazın sızmasının səbəb olduğunu bildirib.

Paris sakinləri sosial şəbəkələrdə binanın qazdan partlamasını və yanğının baş verməsini ifadə edən xəbərlər və şəkillər paylaşıblar.

Hadisə nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir.

Xəbər lenti
0