12:41 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Əkrəm Əylisli, yazıçı

Əkrəm Əylislini 1 ilədək həbs cəzası gözləyir

© Photo : APA
XƏBƏRLƏR
Qısa URL
2303

Əylisliyə qarşı Azərbaycan CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

BAKI, 31 mart-Sputnik. Ötən gün Venesiyada keçiriləcək "Sivilizasiyaların kəsişməsi" mövzusunda Beynəlxalq Ədəbiyyat Festivalına yollanarkən H.Əliyev adına Beynəlxalq Hava limanında saxlanılan yazıçı Əkrəm Əylisliyə qarşı cinayət işi qaldırılıb.

Sputnik contact.az-a istinadla xəbər verir ki, Əylisliyə qarşı Azərbaycan CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Turan agentliyinə onun oğlu Nəcəf məlumat verib.

Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.

Bununla belə, yazıçının pasportunu qaytarıblar.

CM-in 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əlaqədar

Yazıçı Əkrəm Əylisli saxlanıldı
Əkrəm Əylisli sərbəst buraxılıb
Teqlər:
sivilizasiya, CM, Venesiya, Əkrəm Əylisli, Cinayət Məcəlləsi, yazıçı, Azərbaycan

Əsas mövzular