07:00 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
46 0 0

XİN: Belçika paytaxtında baş verən partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.

BAKI, 22 mart-Sputnik. Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.

Sputnik-ə Azərbaycanın Belçika səfirliyindən bildiriblər ki, ölənlər və xəsarət alanlar arasında azərbaycanlıların olduğu barədə onlara hər hansı məlumat daxil olmayıb.

Sözügedən hər iki diplomatik missiya bu ölkədə yaşayan və müvəqqəti qalan əməkdaşlarına, eyni zamanda həmvətənlərimizə küçəyə çıxmamağı, insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə edirlər.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında və metroda baş verən partlayışlar zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.

Bu barədə yerli mediaya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. VTR telekanalının məlumatına görə, yaralıların sayı 35 nəfərdir.

Metroda baş vermiş partlayışlar nəticəsində isə hələlik 10 nəfərin həlak olduğu bidirilir.

Əlaqədar

Brüsseldə hava limanı və metroda partlayışlar baş verib, 11 nəfər ölüb
Ankara terrorunda ölənlərin sayı 36-ya çatıb
İsveçin paytaxtında partlayış baş verib
Azərbaycanda bitən bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür
Teqlər:
terror, metro, hava limanı, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər Nazirliyi, Belçika, Brüssel

Əsas mövzular