19:11 19 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində “Bakı Estrada Teatrı” yaradılıb.

BAKI, 17 mart — Sputnik. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin  Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində “Bakı Estrada Teatrı” yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyinin  mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, idarənin müvafiq əmrinə əsasən Fariz Qəribxan oğlu Əliyev Bakı Estrada Teatrının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev – Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O,  "SOY" prodakşnın hazırladığı “Səs verməyin" şousunun, Atv kanalında yayımlanan "Belə yaxşıdır " və "Tamamla" verilişlərinin ssenaristi,   "Yeni Bakılılar" klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. "My name is Intiqam-1", "My name is Intiqam-2", "Şər qarışanda" filmlərinin ideya və ssenari muəllifidir.

Əsas mövzular