ATV-nin əməkdaşlarını aparan maşın Qarabağ kanalına düşüb

© APAATV-nin əməkdaşları
ATV-nin əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
"Ləziz Macəra" verilişinin əməkdaşları yaralı halda Bərdə rayon xəstəxanasına yerləşdiriliblər.

BAKI, 14 mart-Sputnik. ATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb. 

Sputnik APA-ya istinadla xəbər verir ki, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirməyib və nəticədə suya düşüb.

Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlunun verdiyi məlumata görə, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb. "Ləziz Macəra" verilişinin aparıcısı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür" — deyə Vaqif Aydınoğlu bildirib.

Xəbər lenti
0