Yəməndə toqquşmalar nəticəsində 57 nəfər ölüb

© the-levant.com"Əl-Qaidə"nin Yəmən qolu
Əl-Qaidənin Yəmən qolu - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda hökumət qüvvələri Yəmənin cənub-qərbində yerləşən Taiz şəhəri istiqamətində hücuma keçiblər.

BAKI, 11 mart — Sputnik. Yəməndə üsyançı husilərlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarda azı 57 nəfər ölüb.

Sputnik-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hazırda hökumət qüvvələri Yəmənin cənub-qərbində yerləşən Taiz şəhəri istiqamətində hücuma keçiblər.

Qanlı toqquşmalarda 37 husi, 14 hökumət əsgəri və 6 dinc sakin ölüb. Məlumata əsasən, son günlər hökumət qüvvələri Taiz şəhərinin ətrafını nəzarət altına almağa müvəffəq olublar. 

Xəbər lenti
0