20:24 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
50

“Kultura Plyus” internet televiziyası peyk yayımına keçəcək.

BAKI, 11 mart — Sputnik. 2016-cı Azərbaycanın multikultural dəyərlərini təbliğ edən “Kultura Plyus” internet televiziyasının maddi-texniki bazasının gücləndiriləcək və onun peyk yayımına keçirilməsi məsələsinə baxılacaq. 

Sputnik-in məlumatına görə, bu, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilən “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda əksini tapıb. 

Tədbirlər Planına əsasən bunun həyata keçirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə tapşırılıb. 

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu ilin aprel ayında Azərbaycanda yaşayan azsaylı xalqların musiqi yaradıcılığından ibarət CD-lərin buraxılması, onların məişət və adət-ənənələrinə aid sənədli filmin xarici dillərdə hazırlanması və fotokataloqun nəşrini, Mədəniyyət və Tuvrizm Nazirliyi isə il ərzində “Bakı – üç dinin şəhəri” adlı sənədli filmin istehsalının başa çatdırılması və təqdimatının keçirilməsini, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət  və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

Azərbaycan Respublikası Prezidentinin Kitabxanası il ərzində “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılmasını təmin etməlidir.

Əsas mövzular