Neft milyardlarını mənimsədiyinə görə ölüm cəzasına məhkum edilib

© Photo : Nnu.com.ngİranlı milyarder Babək Zəncani
İranlı milyarder Babək Zəncani - Sputnik Azərbaycan
Abunə olmaq
İranlı milyarder canının bağışlanması üçün 2,7 milyard dolları geri qaytarmalıdır.

BAKI, 9 mart-Sputnik. Neft gəlirlərini mənimsəmə ittihamı ilə ölüm cəzasına məhkum olunan iranlı milyarder Babək Zəncani hökmdən şikayət edəcək.

Sputnik-in məlumatına görə, bu barədə Zəncaninin vəkili Rəul Kupayzadə bildirib. İran ədliyyə naziri Mustafa Pur-Mohammadi deyib ki, Zəncani mənimsədiyi 2,7 milyard dolları geri qaytarsa, hökumət ölüm cəzasını ləğv etməyə hazırdır.

Zəncani İranın dövlət korporasiyası olan National Iranian Oil Co.-dan İran neftinin ixracına olan qadağaya zidd getməkdə ittiham olunub. O özü bütün ittihamları rədd edir.

Zəncani və iki başqa təqsirləndirilən şəxs birinci məhkəmə instansiyası tərəfindən günahkar biliniblər. Digər tələblərə görə, onlar oğurlanan vəsaiti ümumi məbləğin ¼-dən az olmamaq şərtilə qaytarmalıdılar. İranın ən varlı insanlarından olan Zəncani bu ittihamdan əlavə, korrupsiyada da ittiham olunur ki, bu da İran qanunlarına görə ölüm cəzası ilə nəticələnir.

Xəbər lenti
0