Bakıda çay evində atışma olub

Abunə olmaq
Xəstəxanaya yerləşdirilən M. Qubadov orada ölüb.

Bakı, 7 mart — Sputnik. Sputnik, APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtda yerləşən “Odlar Yurdu” çay evində qeydə alınıb. Çay evinin müştərilərindən Vüqar Şirinov odlu silahdan digər müştəri Murad Qubadova atəş açıb.

Xəstəxanaya yerləşdirilən M. Qubadov orada ölüb.

Hadisəni törədən V. Şirinov hadisə yerindən qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0