04:41 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
72 0 0

"LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov 8,9 milyardlıq sərvətlə Rusiya milyarderlərinin reytinq cədvəlində 9-cu yerdə qərarlaşıb.

BAKI, 1 mart-Sputnik. ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts ötən il olduğu kimi dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, "Forbes" jurnalının reytinqinə əsasən B.Qeytsin sərvəti 75 milyard dollardır.

İkinci yerdə "Оrteqo Inditex" şirkətinin rəhbəri Amansio Orteqa (67 milyard dollar), 3-cü yerdə isə "Berkshire Hathaway" şirkətinin başçısı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb.

Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, iş adamı Karlos Slim (50 milyard dollar) və Amazon.com-un baş direktoru Cozef Besos (45,2 milyard dollar) tuturlar.

İlk onluqda "Facebook"-un təsisçisi Mark Zukerberq, "Oracle" şirkətinin təsisçisi Larri Ellison, "Bloomberg" agentliyinin sahibi Maykl Blumberqin də adı var.

"Forbes"-un sonuncu reytinqində azərbaycanlı da yer alıb. "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov 8,9 milyardlıq sərvətlə Rusiya milyarderlərinin reytinq cədvəlində 9-cu yerdə qərarlaşıb.

Əlaqədar

Dünyanın 400 ən varlı insanı keçən həftə 194 milyard dollar itirib
Varlı olmaq istəyirsizsə, bu peşələri seçin
Dünyanın ən varlı 10 cütlüyü
Dünyanın ən varlı təhsilsiz adamları
Dünyanın ən varlı adamı
Teqlər:
Rusiya, Vahid Ələkbərov, LUKOIL, bloomberg, Larri Ellison, Mark Zukerberq, facebook, Oracle, Amansio Orteqa, Оrteqo Inditex, Berkshire Hathaway, Uorren Baffet, Forbes, Bill Gates, Microsoft

Əsas mövzular