11:01 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Mehriban Əliyevaya ANS-in mükafatı verilərkən

ANS-dən Mehriban Əliyeva mükafat

Azərtac
XƏBƏRLƏR
Qısa URL
17 0 0

ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2015-ci ilin adamı" mükafatı Azərbaycanın 1-ci xanımına təqdim edilib.

BAKI, 1 mart-Sputnik. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2015-ci ilin adamı" mükafatının təqdim edilməsi mərasimi keçirilib.

H.Əliyev fondundan Sputnik-ə verilən məlumata görə, mərasimdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış ediblər.

Burada qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "2015-ci ilin adamı" mükafatı ilə "Bakı-2015" birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, milli mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərə, ölkəmizdə multikulturalizm mühitinin inkişaf etdirilməsinə verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə təltif edilib.

ANS şirkətlər qrupunun prezidenti Vahid Naxış və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva
Azərtac
ANS şirkətlər qrupunun prezidenti Vahid Naxış və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən, ANS Şirkətlər Qrupu tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra V. Mustafayev "2015-ci ilin adamı" mükafatının diplomunu və pul mükafatını Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.

Qeyd edək ki, təqdim edilən pul mükafatı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan və daun sindromlu şəxslərin sosial-mədəni reabilitasiyasına xidmət edən Bakıdakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hesabına köçürüləcək.

Sonda xatirə şəkli çəkdirilib.

Əlaqədar

Mehriban və Leyla Əliyevalar beynəlxalq konfransa qatılıblar
Mehriban Əliyeva İsveç Sülh Agentliyinin mükafatına namizəd olub
Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri olduğu gün
Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilib
Teqlər:
Avropa Oyunları, ANS, Vahid Naxış, Mehriban Əliyeva, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva

Əsas mövzular