Rus sevgilisindən uşağı olan nazir Tuğrul Türkeşmi?

© internethaberToğrul Türkeş - MHP-nin liderlərindən biri
Toğrul Türkeş - MHP-nin liderlərindən biri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəli nazirin xarici əsilli sevgilisi 10 gün əvvəl gizli şəkildə Ankaradakı çox lüks bir xəstəxanada uşaq dünyaya gətirib.

BAKI, 29 fev-Sputnik. Türkiyəli nazirin xarici əsilli sevgilisi 10 gün əvvəl gizli şəkildə Ankaradakı çox lüks bir xəstəxanada uşaq dünyaya gətirib.

Sputnik Türkiyənin "Cumhuriyet" qəzetinə istinadla xəbər verir ki, "Sözcü" qəzetinin köşə yazarı Zeynep Gürcanlı kulislərdə o nazirin Tuğrul Türkeş olduğunun iddia edildiyini yazıb. Uşağına atası Alparslan Türkeşin adını verən Tuğrul Türkeş 7 iyun seçkilərindən sonra MHP-dən ayrılmış, müvəqqəti hökumətində yer almış, daha sonra da AKP-dən namizəd olub 1 noyabr seçkilərində millət vəkili seçilmişdi. Türkeş, Davudoğlunun qurduğu kabinetdə də baş nazirin müavini postunu tutub.

Tuğrul Türkeş, bir neçə il əvvəl 20 illik həyat yoldaşı Kadriye Serpil Türkeşdən qalmaqalla ayrılmışdı. Onun evinə rus sevgilisini gətirdiyi bildirilirdi.

Tuğrul Türkeşin müvəqqəti hökumətdə nazirlik təklifini qəbul etməsi, MHP-də şok təsiri yaratmışdı. Bu hadisədən sonra onunla əlaqədar əhəmiyyətli iddialar gündəmə gəlib. MHP kulislərində Tuğrul Türkeşin bazara bir milyon lirə borcu olduğu, Deniz Baykalın ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü və borclarına baxmayaraq, ikinci yoldaşından olan oğluna 400 min lirəyə "Jeep" markalı avtomobil aldığı iddia edilir (sozcu.com.tr).

Xəbər lenti
0