22:36 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
68 0 0

Anar: Ortaq türk dili, ümumi türk dilinin yaranması mümkün deyil. Bunun əvəzində ortaq ünsiyyət dili olmalıdır.

BAKI, 29 fev-Sputnik. "Ortaq türk dili, ümumi türk dilinin yaranması mümkün deyil. Bunun əvəzində ortaq ünsiyyət dili olmalıdır. Türkiyə türkcəsi də bunun üçün çox uyğundur."

Sputnik APA-ya istinadla xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

Yazıçının fikrincə, türk dilləri arasında Türkiyə türkcəsi ən zəngin, ən münasib dildir.

Azərbaycan dilində işlədilən müəyyən sözlərə qarşı konseptual yanaşmanın vacibliyini vurğulayan AYB sədri deyib: "Bütün dünya "Bolşoy teatr" deyir, biz "Böyük teatr" deyirik. Dünya "Sputnik" deyir, biz "Peyk". Niyə? Onda "La Skala" adını da tərcümə edək. Bu adlara konseptual yanaşma olmalıdır. Komissiyanın adı, "Terminologiya" sözü ruscadır. O zaman gəlin Komissiyanın adını Azərbaycan dilinə uyğun "Terminoloji" Komissiya qoyaq".

Teqlər:
Bolşoy teatr, La Skala, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası, Sputnik, Nazirlər Kabineti, Türkiyə

Əsas mövzular