16:26 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21301

Hər iki gəmi Çin şirkətlərinə məxsus olub.

BAKI, 27 fev – Sputnik. Sarı dənizdə iki gəmi toqquşub. Gəmilərdən biri batıb, 10 nəfər itkin düşüb. 

Sputnik bu barədə Çin mətbuatına istinadən xəbər verir. "Sinji-6" yük gəmisi ilə "Lutszyaoyuy-60968" balıqçı gəmisi Çinin Çaolyan adası yaxınlığında toqquşub. Hadisə baş verən zaman həmin ərazini qatı duman bürüdüyündən, görüntünün zəif olduğu bildirilib.

Toqquşma nəticəsində balıqçı gəmisi batıb, heyəti isə itkin düşüb. Axtarış-xilasetmə əməliyyatı keçirilir. Hadisənin başvermə səbəbi məlum deyil.

Hər iki gəmi Çin şirkətlərinə məxsus olub. 

Əsas mövzular