CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qızılgülün adı" romanının müəllifi torpağa tapşırıldı

© e-event.kzИтальянский писатель Умберто Эко
Итальянский писатель Умберто Эко - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya şöhrətli yazıçı Umberto Eko bu gün Milanda dəfn olunub.

BAKI, 25 fev-Sputnik. Dünya şöhrətli yazıçı Umberto Eko bu gün dəfn olunub.

Sputnik-in məlumatına görə, yazıçı ilə vida mərasimi İtaliyanın Milan şəhərində keçirilib.

Итальянский писатель Умберто Эко - Sputnik Azərbaycan
Məşhur italyan yazıçısı Umberto Eko vəfat edib

Vida mərasimində İtaliya hökumətinin üzvləri, o cümlədən, təhsil və mədəniyyət nazirləri iştirak edib.

Yazıçı ilə vida mərasimində iştirak edən Oskar mükafatı laureatı, aktyor və rejissor Roberto Benini deyib ki, Umberto Eko kimi insanlar göydə yox, yerdə olmalıdır.

Eko fevralın 20-də 84 yaşında vəfat edib.

O, 1932-ci il yanvarın 5-də İtaliyanın Alessandriya şəhərində anadan olub. Müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. U. Eko Fransanın Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.

Eko oxucular arasında "Qızılgülün adı", "Fukonun rəqqası", "Bir gün əvvəlki ada", "Baudolino", "Şahzadə Loananın sirli alovu", "Praqa məzarlığı" kimi romanları ilə məşhurdur.

Xəbər lenti
0