CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

17 yaşlı əfqan qız Bakıda 12-ci mərtəbədən yıxılaraq ölüb

© Sputnik / Muard OrujovPəncərə silən qız. Arxiv şəkli
Pəncərə silən qız. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılıb.

BAKI, 25 fev-Sputnik. Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Binəqədi rayon Prokurorluğunun məlumatına görə, sözügedən binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.

Xəbər lenti
0