01:36 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
5011

Mətbuat Şurası «Azadlıq» qəzeti və «Moderator.az» saytına da bir qrup ziyalının mövqeyini dərc etməyi tövsiyə edib.

BAKI, 24 fev-Sputnik. Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. 

Sputnik-in məlumatına görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin sədrliyi ilə keçirilən iclasda beş KİV-lə bağlı müraciətlər araşdırılıb.
Əvvəlcə Mingəçevir Şəhər İcra Hakimiyyətinin «Xeberinfo.com» saytı ilə bağlı müraciətinə baxılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, xəbər portalı qarşı tərəfə məqalə şəklində sorğu ünvanlayarkən prosedur qaydalarının tələblərini pozub. Həmçinin, yayımlanmayan materialın təxminən oxşar şəkildə bir sıra digər KİV-lərdə təqdim olunması etik prinsiplərin tələblərinin pozulması ilə diqqəti çəkib. Sayta gələcək fəaliyyətində bu kimi praktikadan imtina tövsiyə edilib.

Qafqaz Müsəlmanları İdarəsinin «Reytinq» qəzeti barədə müraciətinin müzakirəsində mətbu orqanın bu qurum və onun rəhbəri barədə dərc etdiyi yazıda şərəf və ləyiqətin təhqirinə, ictimai nüfuzun aşağılanmasına yönələn fikirlərin yayımlandığı göstərilib. Çıxarılan rəydə mətbu orqana qarşı tərəfdən üzr istəməsi, təkzib verməsi tövsiyə olunub.

«European Tobacco-Bakı» ASC-nin sədri, millət vəkili Rüfət Quliyevin «Poliqon» İnformasiya Agentliyi (Pia.az) barədə müraciəti araşdırılarkən xəbər portalının rəhbərliyi şikayətə səbəb olan yazının başqa KİV-dən götürüldüyünü deyib. Lakin onun nəzərinə çatdırılıb ki, bu zaman sərlövhədəki aşağılayıcı ifadənin orada getməsinə imkan verilməməli idi. Buna əməl edilmədiyindən peşə etikasının tələbləri pozulub. Komissiya həmin saytın da qarşı tərəfdən üzr istəməsini, təkzib verməsini məqsədəmüvafiq sayıb.

Bir qrup ziyalının «Azadlıq» qəzeti və «Moderator.az» saytı barədə müraciətinə baxılarkən müəyyən məqamlara diqqət yetirilib. Bildirilib ki, görkəmli şəxsiyyətlər bütövlükdə xalqa məxsus olduğundan, iftixarı sayıldığından onlara hər bir yazar, kütləvi informasiya vasitəsi həssaslıqla yanaşmalıdır. Bəzi KİV-lərdə gedən materialda bu ümummilli marağın gözlənilməməsi haqlı narazılıqlara səbəb olur.

Komissiya mediada M.Ə. Rəsulzadə haqqında gedən fikirlərə də məsuliyyətlə yanaşmanın vacibliyini KİV-lərin nəzərinə çatdırıb. «Azadlıq» qəzetinə və «Moderator.az» saytına qarşı tərəfin mövqeyini təqdim etmək tövsiyə olunub.

Əlaqədar

Seçkiləri izləyən jurnalistlərdən MŞ-ya yalnız bir müraciət daxil olub
Jurnalistlər MŞ-ya ən çox fəxri adlar almaq üçün müraciət edirlər
Teqlər:
Azadlıq, Poliqon» İnformasiya Agentliyi, European Tobacco-Bakı» ASC, millət vəkili Rüfət Quliyev, Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası, Azərbaycan Mətbuat Şurası, Qafqaz Müsəlmanları İdarəsi, Mingəçevir, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli

Əsas mövzular