SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və İran arasında 11 sənəd imzalanıb

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAzərbaycan-İran sənədlərinin imzalanması. Arxiv şəkli
Azərbaycan-İran sənədlərinin imzalanması. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 23 fev-Sputnik. Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında görüşdən sonra prezidentlərin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. 

Sputnik APA-ya istinadla xəbər verir ki, bu gün iki tərəf arasında ümumilikdə 11 sənəd imzalanıb.

İlham Əliyevin Tehran səfəri - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev İrana gedib

İmzalanan sənədlər arasında Azərbaycan hökuməti və İran hökuməti arasında Fövqəladə hallar barədə xəbərdarlıq, məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması haqqında saziş, Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş, Baytarlıq və heyvan sağlamlığı sahələrində əməkdaşlıq haqqında saziş, Elektrik enerjisinin satışına dair saziş, İki ölkəni birləşdirən dəmiryol xətti barədə çərçivə sazişi, İki ölkə arasında Astara-Astara dəmir yolu xətti və dəmir yolu körpüsü əlaqəsi haqqında müqavilə, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ailə və qadın məsələləri üzrə əməkdaşıq sazişi, Səhiyyə və tibb elmi haqqında əməkdaşlıq haqqında iki ölkənin Səhiyyə nazirlikləri arasında anlaşma Memorandumu, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İranın Əmək və Sosial Rifah Nazirliyi arasında əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahəsində anlaşma Memorandumu, SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz layihələrinə dair anlaşma Memorandumu və SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma Memorandumu var.

Xəbər lenti
0