05:50 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Türkiyədə terror dalğası (18)
8211

Respublikaçı alternativlər səfirliyin önünə qərənfil düzüblər.

BAKI, 19 fev-Sputnik. Ankarada srağagün baş verən terror aktının qurbanları Azərbaycanda da yad edilib.

 

Sputnik Respublikaçı Alternativ Hərəkatının (REAL) mətbuat xidmətinə istinadla xəbər verir ki, təşkilatın bir qrup üzvü bu gün saat 12 radələrində Türkiyənin Bakıdakı səfirliyi önünə gələrək Ankara terrorunun qurbanlarının xatirəsini yad ediblər. Tədbir iştirakçıları səfirliyin önünə gül dəstələri qoyaraq, şam yandırıblar.

Tədbirin təşkilatçıları — Elkin Xəlilov və Toğrul İsmayılov, baş vermiş terror faciəsinin sivil dünya üçün utancverici hadisə olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Türkiyə Azərbaycana qonşu olmaqla yanaşı, strateji müttəfiq, dost və qardaş ölkədir. Orada baş verən faciəvi olay bizlər üçün də üzücüdür.

Tədbir işçirakçıları terrorla mübarizədə Türkiyə xalqının və dövlətinin yanında olduqlarını bildiriblər.

Mövzu:
Türkiyədə terror dalğası (18)

Əlaqədar

Azərbaycanın bütün məscidlərində Ankara terrorunun qurbanları yad edilir
Ankara terroru ilə bağlı kəşfiyyat məlumatı üzə çıxdı
Ankara terrorunun hədəfi türk hərbi pilotları olub
İrandan Ankara terroru ilə bağlı açıqlama gəldi
Teqlər:
Azərbaycan, Toğrul İsmayılov, Elkin Xəlilov, Türkiyə, terror, Ankara, REAL, Respublikaçı Alternativ Hərəkatı

Əsas mövzular