00:12 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
4501

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazir müavini Firdovsi Əliyev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər

BAKI, 17 fev — Sputnik. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Apellyasiya Şurası yaradılıb. Bu barədə ETSN-in mətbuat xidmətindən Sputnik-ə məlumat verilib.

Apellyasiya Şurasının Əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edəcək.

Əlaqədar

"Lazımsız binalar tikib, adını "regionların inkişafı" qoydular"
Prezidentin Münhen mesajları nələri hədəfləyib?
"Prezidentin o qanunu Milli Məclisə geri qaytarmasını təqdir edirəm"
Teqlər:
"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında", Apellyasiya Şuraları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular