10:54 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
315942

İspaniyada bir qəsəbəyə böhran ümumiyyətlə heç biri təsir etməyib.

BAKI, 16 fev — Sputnik. "Avro böhranı" səbəbi ilə işsizliyin və yoxsulluğun ən çox təsir etdiyi Avropa ölkələrindən biri olan İspaniyada bir qəsəbəyə bütün bunların heç biri təsir etməyib. 

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hər şeyin yerli demokratiya və icma prinsipləri ilə idarə edildiyi Marinaleda qəsəbəsi "yeni bir utopiya"ya səfərin ünvanıdır. 

Polisin, cinayətin və işsizliyin olmadığı qəsəbə

Polisin, cinayətin və işsizliyin olmadığı, ''Sosialist utopiya'' olaraq xarakterizə edilən İspan qəsəbəsi ilə tanış olun…

İspaniyanın cənubunda Endülüs qəsəbəsi olan Marinaledada işsizlik yoxdur. Qəsəbə kənd təsərrüfatı kooperativləri sayəsində iqtisadi baxımdan da rifah içində yaşayır.

Marinaleda qəsəbəsində icmanın qurulması 1980-ci ilə gedib çıxır. Madriddə yaşayan bir aristokrata aid torpaqlarda gündəlik olaraq çalışan Marinaledalı əkinçilər "Tarlalarda kim çalışırsa, tarlalar onundur" deyərək onun ictimailəşdirilməsi üçün hərəkətə keçirlər.

1250 hektarlıq tarlaların ictimailəşdirilməsini tələb edən kəndlilərin aclıq tətilləri, nümayişləri, yürüşləri və digər yollarla mübarizəsi illərboyu davam edib.

Çünki, gündəlik çalışmaq onlar üçün köləlikdən başqa bir şey deyildi. Aldıqları məvacib dolanışıqlarını təmin etməyə çatmadığı kimi, yaşanılmaz halda olan yerlərdə qalmaq məcburiyyətində idilər.

Qərarlı mübarizənin nəticəsində Endülüs region hökuməti 1991-ci ildə torpaqları aristokrattan alaraq ictimailləşdirir və Marinaleda kəndlilərin qurduğu kooperativə təhvil verilir.

"Utopiyaya səfər" şüarı 

Bu gün 2 min 600 əhalisi olan Marinaledadakı evlərin divarlarında çoxlu sayda şüar yer alır. Şüarlardan ən çoxu da "utopiyaya səfər" yazılıb. Bir divarda isə "Sərmayəyə qarşı ictimai döyüş" sözləri yazılıb. Bələdiyyənin emblemində isə "Sülhə gedən bir utopiya" yazılır.

Bütün qərarlar xalqın qatıldığı toplantılarda qəbul edilir

Marinaledada toplantıların keçirilməsi üçün istifadə edilən binaya "Xalqın evi" adı verilib və binanın girişində "Başqa bir dünya mümkündür" sözləri yazılıb. Pensiyaçılar, qadınlar boş zamanlarını bu binada həyata keçirilən mədəni və sosial fəaliyyətlərə sərf edirlər.

Özəl mülkiyyətin olmadığı, tarlaların ictimaiyyətə məxsus olduğu Marinaledada bütün qərarlar xalqın qatıldığı toplantılarda qəbul edilir. Yəni, 100 faiz yerli demokratiya işləyir. Nə qədər vergi veriləcəyinə, əldə edilən çox gəlirin necə xərclənəcəyinə də bu yığıncaqlarda qərar verilir.

70 illiyinə kirayəyə götürülən evlər üçün aylıq 15 avro

Bələdiyyə başçısı Sánchez Gordillo burada yaşayan insanların çox pula ehtiyacı yoxdur deyir. Bir çox yerdə mənzil kreditləri və yüksək kirayə problemləri yaşanarkən Marinaledada mənzil problemi də çoxdan həllini tapıb. 70 illiyinə kirayəyə götürülən evlər üçün aylıq 15 avro ödəyirlər. Qonşu kəndlərdə isə kirayə haqqı təqribən 500 avrodur.

Əsas mövzular