02:23 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
18611

İsraildə azərbaycanlı deputatlara yeni texnologiyalarının inkişafını müəyyənləşdirən və həyata keçirən mərkəzlərlə tanış olmaq imkanı yaradılıb.

BAKI, 13 fev-Sputnik. İsrail prezidenti Ruvi Rivlin, Azərbaycanın dörd deputatını Təl-Əvivdə qəbul edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə sözügedən komitənin sədr müavini Sevinc Fətəliyeva, Komitənin və parlamentin İsraillə dostluq qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun sədri Yevda Abramov və Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyeva İsrail parlamentinin dəvəti ilə bu ölkədə səfərdə olublar.

Sputnik Demokratik İslahatlar Partiyasının saytına istinadla xəbər verir ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində həmçinin Knessetin (İsrail parlamenti) spikeri Yuli-Yoel Edelşteyn, İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbi, İsrail-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, "İsrail bizim evimizdir" partiyasının rəhbəri Aviqdor Liberman, İsrail XİN-in Yaxın Şərq bürosunun və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Amir Veissbrod, XİN-in Siyasi rəhbəri Alon Uşpiz, XİN-in Avro-Asiya və Balkanlar üzrə Baş direktorunun müavini Zvi Rav-Ner, həmçinin İsrail parlament qruplarının, lobbilərinin rəhbərləri və üzvləri ilə görüşüblər.

İsrail prezidenti ilə görüşdə Azərbaycan nümayəndə heyəti ona BMT-də Xocalı soyğırımı ilə bağlı çıxışına və ölkəmizin mövqeyini dəstəklədiyinə görə təşəkkür ediblər.
Görüşlərdə İsrail-Azərbaycan münasibətləri ətraflı müzakirə edilib. İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndiriblər. Onlar Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində, çoxşaxəli, o cümlədən, iqtisadi əlaqələrin inkişafında, Azərbaycanın multikultural dəyərlərinin yayılması sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən və həyata keçirən mərkəzlərlə tanış olmaq imkanı yaradılıb.
Qeyd edək ki, iki dövlətin münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Knessetin dəvəti ilə İsraildə rəsmi səfərdə olub.

Əlaqədar

İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək
İsrail yeni raketin sınağını keçirdi
İsrail Türkiyəni yenə qəzəbləndirdi
İsrail dünyada qadınları ən çox qorxudan şeyi açıqladı
Knesset: Azərbaycanla əlaqələr İsrail üçün vacibdir
Teqlər:
multikultural, Emiliya Xudiyeva, Zvi Rav-Ner, Alon Uşpiz, Aviqdor Liberman, Amir Veissbrod, Yuli-Yoel Edelşteyn, Knesset, Ruvi Rivlin, İsrail prezidenti Ruvi Rivlin, Səməd Seyidov, Asim Mollazadə, Sevinc Fətəliyeva, Yevda Abramov, İsrail, Milli Məclis, parlament

Əsas mövzular