Azərbaycan Gürcüstandan heyvanlarin gətirilməsinə qadağa qoyub

© Sputnik / Sait Tsarnayev / Mediabanka keçidКоровы в частном фермерском хозяйстве
Коровы в частном фермерском хозяйстве - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub.

BAKI, 12 fev — Sputnik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) 2016-cı il 8 fevral tarixli məlumatına əsasən, Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə taun xəsətəliyinin qeydə alındığı Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulmasına zərurət yaranıb. Bununla əlaqədar, "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.7-ci maddəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətiinin 2016-cı il 11 fevral tarixli 04 nömrəli əmrinə uyğun olaraq Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taun xəstəliyinin ölkəmizin ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Xəbər lenti
0