Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yenə yağış yağacaq

© AP Photo / Frank AugsteinYağışlı havada oynayan uşaqlar
Yağışlı havada oynayan uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, Abşeron yarımadasında gecə 3-5, gündüz 8-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq

BAKI, 2 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, axşam bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda qar - Sputnik Azərbaycan
HADİSƏ
Sabahın hava proqnozu açıqlandı

Abşeron yarımadasında gecə 3-5, gündüz 8-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 3-də hava şəraitinin arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Xəbər lenti
0