17:55 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
55 0 0

2015/16-ci illər mövsümünün sonunda dünyada taxıl ehtiyatlarının həcmi son 29 il ərzində ən yüksək səviyyəyə çata bilər.

BAKI, 22 yan-Sputnik. 2015/16-ci illər mövsümünün sonunda dünyada taxıl ehtiyatlarının həcmi son 29 il ərzində ən yüksək səviyyəyə çata bilər.

Sputnik Report-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Taxıl Şurası (IGC) analitiklərinin yenilənmiş proqnozlarında qeyd olunur.
Məlumata görə, taxıl ehtiyatları 455 mln. ton səviyyəsində proqnozlaşdırılır ki, bu da ekspertlərin əvvəlki qiymətləndirməsini 1 mln. ton qabaqlayır və ötən mövsümün göstəricisindən 8 mln. ton çoxdur.

2015/16-cı illər mövsümündə dünyada taxıl istehsalı 1,992 mlrd. ton səviyyəsində gözlənilir ki, bu da IGC-nin əvvəlki qiymətləndirməsindən 4 mln. ton aşağıdır.

Əlaqədar

Azərbaycan Özbəkistandan taxıl ixrac edəcək
Ət, meyvə-tərəvəz, taxıl ucuzlaşıb, yumurta və bal bahalaşıb
Teqlər:
taxıl ehtiyatları, taxıl, IGC, Beynəlxalq Taxıl Şurası

Əsas mövzular