11:20 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
11611

Çində 1-i 7 qovaq ağacı qədər havanı təmizləyən blok yaradılıb.

BAKI, 22 yan-Sputnik. Şanxay yaxınlığında yerləşən Çin şirkətlərindən biri yeni növ tikinti blokları yaradıb. Bu bloklar havanı zərərli maddələrdən təmizləyən xüsusi mina ilə örtülüb.

Sputnik-in verdiyi xəbərə görə, "Kaier New Materials" şirkətindən bildiriblər ki, minanın tərkibinə xüsusi nanometrik material əlavə edilib. Bu material zərərli maddələrlə fotosintezi xatırladan prosesə girir.

"China Daily" qəzetinin yazdığına görə, bu blokların hər 100 kvadratmetri havanı sanki 7 qovaq ağacı qədər təmizləyir. Qovaq, təbiətdə ağaclar arasında ən məhsuldar hava təmizləyicisidir. Kimyəvi reaksiya prosesində su nazik təbəqə əmələ gətirir. Bu təbəqə sayəsində divarları küçə tərəfdən yumağa ehtiyac qalmır.

Sınaq tikinti materialları üzrə xüsusi mərkəzdə aparılır. Şirkət öz məhsulunu hələlik bazara çıxarmağa tələsmir, çünki Çinin test institutlarının belə innovasiyalı material üçün standartları yoxdur.

Əlaqədar

Çin gözəlliyinin yüz ili
Ucuz Çin malı dünyanı basacaq
Çin vurulan rus təyyarəsi ilə bağlı açıqlama verdi
Nokia Çin şirkəti ilə birgə müəssisə yaradacaq
Çin ordusunda meymunlar hərbi xidmətə götürülüb

Əsas mövzular