İrandan Türkiyəyə mühüm mesaj

Əlirza Biqdeli
Əlirza Biqdeli - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Reza Bikdeli: "Sanksiyalardan sonra büdcəmizə maliyyə axını olacaq. Biz bu axını doğru yerlərə yönəldə bilmək üçün Türkiyənin təcrübəsinə ehtiyac duya bilərik. 300 milyard dolları aşan neft və qaz sektoruna türk iş adamları dəvət edilə bilər"

BAKI, 20 yan — Sputnik. "Sanksiyalardan sonra İranın, ümumi dəyəri 300 milyard dolları aşan neft və qaz investisiyalarına türk şirkətləri də qatıla biləcək". Sputnik Hürriyyet-ə istinadən xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Əli Reza Bikdeli deyib.

Tehran - Sputnik Azərbaycan
İran sanksiyalardan sonra: nələr olacaq?

Sanksiyalardan sonra ölkəsinin atacağı addımları, Türkiyə ilə imzalana biləcək mümkün sazişləri dəyərləndirən səfir Türkiyə ilə əməkdaşlığa önəm verdiklərini söyləyib: "Niyə də olmasın?! Biz eyni dindən olan qonşu dövlətlərik. Siyasi əlaqələrin qorunması Türkiyə-İran iqtisadi və ticari əlaqələrində əks oluna bilər".

"Beynəlxalq sanksiyaların aradan qalxmasından sonra İranın büdcəsinə külli miqdarda maliyyə axını olacaq. Biz bu axını doğru yerlərə yönəldə bilmək üçün Türkiyənin təcrübəsinə ehtiyac duya bilərik. 300 milyard dolları aşan neft və qaz sektoruna türk iş adamlarını dəvət edə bilərik", —səfir bildirib.

İranın ilk mərhələdə enerji, nəqliyyat və istehsal sahələrinə diqqət ayıracağını deyən səfir, ölkə məhsullarının ixracatı üçün yeni bazarlar axtarışına da strat veriləcəyini bildirib: "Sənayenin yenilənməsi ilə birlikdə İran məhsullarının keyfiyyətində də artım olacağı dəqiqdir. Və biz bu məhsulları xaricə daha çox ixrac edə bilmək üçün yeni bazarlar axtarmalıyıq. Bununla bağlı planlarımız hazırdır".

Əli Reza Bikdeli əlavə edib ki, neftdən başqa təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqli də gündəmədir: "Bu çox ciddi və gəlirli layihədir. Bu sahədə əməkdaşlıq sırf ticari məqsəd daşımır və daşımamalıdır. Bu layihə iki ölkə arasında çox güclü iqtisadi əlaqələr üçün də zəmanətdir. Avropa Birliyi ölkələri necə ki, öz aralarında əməkdaşlığı gücləndirməyə çalışırsa, eyni şeyi Türkiyə və İran da etməlidir".

Xəbər lenti
0