Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakıdakı Rusiya informasiya-mədəniyyət mərkəzi Mətbuat gününü qeyd edib

© Sputnik/ Мурад ОруджевRİMM-də diplom təqdimi
RİMM-də diplom təqdimi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdakı Rusiya informasiya-mədəniyyət mərkəzində Rusiyanın Mətbuat günü qeyd olunub. Azərbaycan və Rusiya arasındakı əməkdaşlığa verdikləri töhfəyə görə mətbuat nümayəndələrinin diplomla təltif olunublar.

BAKI, 13 yan – Sputnik. Rusiya Mətbuatı günündə Bakıdakı Rusiya informasiya-mədəniyyət mərkəzində Azərbaycan və Rusiya arasındakı əməkdaşlığa verdikləri töhfəyə görə mətbuat nümayəndələrinin diplomla təltif olunması mərasimi keçirilib. 

Görüşü açan "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov toplaşanları təbrik edərək Rusiya Jurnalistlər İttifaqının katibi, azərbaycanlı Rafael Hüseynovun təbrikini oxuyub.

Rusiya səfirliyinin diplomlarını media nümayəndələrinə Bakıdakı RF səfirliyinin müşaviri Oleq Muraşov təqdim edib. Mükafatlar "İnterfaks-Azərbaycan", "Trend", "TASS" agentliklərinə, "Новое время", "Азербайджанские известия", "Respublika" qəzetlərinə, "Русский язык и литература в Азербайджане", "Region+" jurnallarına, həmçinin "Space" və AzTV telekanallarına təqdim olunub. 

© Sputnik/ Мурад Оруджев"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov.
Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov - Sputnik Azərbaycan
1/5
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov.
© Sputnik/ Мурад ОруджевBakıdakı RF səfirliyinin müşaviri Oleq Muraşov.
Bakıdakı RF səfirliyinin müşaviri Oleq Muraşov - Sputnik Azərbaycan
2/5
Bakıdakı RF səfirliyinin müşaviri Oleq Muraşov.
© Sputnik / Murad OrujovJurnalist, Dövlət Dumasının deputatı Andrey Tumanov.
Jurnalist, Dövlət Dumasının deputatı Andrey Tumanov - Sputnik Azərbaycan
3/5
Jurnalist, Dövlət Dumasının deputatı Andrey Tumanov.
© Sputnik/ Мурад ОруджевRİMM-də KİV nümayəndəsinin mükafatlandırılması.
RİMM-də KİV nümayəndəsinin mükafatlandırılması - Sputnik Azərbaycan
4/5
RİMM-də KİV nümayəndəsinin mükafatlandırılması.
© Sputnik/ Мурад ОруджевRİMM-dəki tədbirdən sonra konsert proqramı.
RİMM-dəki tədbirdən sonra konsert proqramı - Sputnik Azərbaycan
5/5
RİMM-dəki tədbirdən sonra konsert proqramı.
1/5
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov.
2/5
Bakıdakı RF səfirliyinin müşaviri Oleq Muraşov.
3/5
Jurnalist, Dövlət Dumasının deputatı Andrey Tumanov.
4/5
RİMM-də KİV nümayəndəsinin mükafatlandırılması.
5/5
RİMM-dəki tədbirdən sonra konsert proqramı.

Görüşdə həmçinin məşhur rusiyalı jurnalist, Rusiya Dövlət Dumasının deputatı, İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin birinci müavini Andrey Tumanov da iştirak edib. O "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin "Şair Sergey Yeseninin 120 illik yubileyinin kütləvi informasiya vasitələrində fəal işıqlandırmağa görə" diplomlarını təqdim edib. Diplomlar Ravil Zaripova ("Комсомольская правда" qəzeti), Firəngiz Xancanbəyovaya (First News informasiya agentliyi), Vladimir Puçkova ("Москва-Россия" informasiya portalı) və "Mir" dövlətlərarası teleradioşirkətinin Azərbaycan bölməsinə təqdim olunub. 

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gənc ifaçıların iştirakı ilə konsert proqramı olub.

Xəbər lenti
0