15:42 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
судебный молоток

Türk diplomatların Britaniyadakı hesabları donduruldu

CC0 / qimono / hammer
XƏBƏRLƏR
Qısa URL
5611

Yunan Kiprindən qəribə iddia: "Bir Avropa Birliyi ölkəsinin verdiyi qərarı başqa bir AB ölkəsi də icra etməlidir."

BAKI, 8 yan-Sputnik. Böyük Britaniyanın Kral Məhkəməsi yunan Kiprindən 7 nəfərin müraciətinə əsasən Londonda öz xidməti vəzifəsini yerinə yetirən türk diplomatların maliyyə hesablarını dondurub. Bu səbəbdən də Türkiyənini Britaniyadakı səfirliyinin əməkdaşları maaşlarını ala bilməyiblər.

Sputnik Türkiyənin "Yeni Şafak" qəzetinə istinadla xəbər verir ki, İngiltərə məhkəməsi Səfirlik işçiləri başda olmaqla Türkiyə ilə əlaqəsi olan bəzi hesablara da embarqo qoyub.

Məlumata görə, yunan Kiprindən 7 nəfər Kiprin məhkəməsində Türkiyə əleyhinə mülkiyyət iddiası qaldırıb və iddianı İngiltərə Kral Məhkəməsinə qədər aparıb çıxardılar. Kipr məhkəməsində Türkiyə əleyhinə qaldırdıqları 100 milyon avroluq iddianı qazanan yunanlar "Bir Avropa Birliyi ölkəsinin verdiyi qərarı başqa bir AB ölkəsi də icra etməlidir" şəklində təqdim edərək Kipr məhkəməsinin qərarının Böyük Britaniyada tətbiqini tələb ediblər.

Kral Məhkəməsi də Türkiyə ilə bağlı hər hansı bir iddiaya baxmadan və türk tərəfinə heç bir xəbər vermədən yunanların tələbini qəbul edərək səfirliyin və orada işləyən diplomatların hesabları başda olmaqla, İngiltərədəki bəzi türk hesabları blok edib.

Yunan Kiprində yaşayan bəzi yunanlar Şimali Kiprdə və Türkiyədə qalmış keçmiş mülkləri ilə bağlı vaxtaşırı məhkəməyə müraciət edərək mülklərinin özlərinə qaytarılmasını və yaxud da əvəzində təzminat ödənilməsini tələb edirlər. Kipr Respublikası Avropa Birliyinin üzvü olduqdan sonra, yunanlar Kipr məhkəməsinin çıxardığı qərarların AB üzvü olan ölkələr tərəfindən də icra edilməsi tələbini ortaya atırlar.

Teqlər:
İngiltərə, yunan, Avropa Birliyi, Şimali Kipr, Türkiyə, Kipr, Böyük Britaniyanın Kral Məhkəməsi, Böyük Britaniya

Əsas mövzular