CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha çiskinli hava gözlənilir

© FlickrBuluddan hörüklər
Buluddan hörüklər - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 750 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

BAKI, 7 yan — Sputnik. Yanvarın 08-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 750 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Amerikalı respublikaçı senator Con Makkeyn - Sputnik Azərbaycan
Tanınmış siyasətçi xərçəngdən vəfat etdi

Azərbaycanın rayonlarında yanvarın 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Xəbər lenti
0