ELM

Azərbaycan təşkilatı dünyanın ən güclü 100 beyin mərkəzi sırasında

© Sputnik / Ruslan Krivobokbeyin mərkəzi
beyin mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Bayramov: "Biz bütün qlobal qiymətləndirmələrdə və hesabatlarda regionda top beyin mərkəziyik və bu, bizim üçün prioritet olara qalacaq"

BAKI, 6 yan — Sputnik. Çin Sosial Elmlər Akademiyası (CASS) "Qlobal Beyin Mərkəzlərinin Qiymətləndirilməsi" hesabatını təqdim edib. Sputnik cesd.az-a istinadən xəbər verir ki, iki ili əhatə edən qiymətləndirmə layihəsində dünyanın müxtəlif ölkələrində yerləşən 1575 beyin mərkəzi arasında sorğu keçirilib. Eyni zamanda 1781 beyin mərkəzi ilə bağlı araşdırmalar aparılıb. Tədqiqat nəticəsində dünyanın aparıcı beyin mərkəzləri seçilən qurumlar 31 ölkəni təmsil edir.

Qlobal beyin mərkəzlərində ölkə olaraq ABŞ liderdir. Pekində aparılan tədqiqata görə dünyanın 100 ən güclü beyin mərkəzinin 18-i bu dövlətin payına düşür. Daha sonra 11 aparıcı beyin mərkəzi ilə Almaniya gəlir. Çin və Yaponiya 9 güclü beyin mərkəzləri ilə sonrakı yerləri bölüşürlər. Daha sonrakı yerləri 6 beyin mərkəzi ilə Cənubi Koreya, 5 beyin mərkəzi ilə Belçika, hərəsinə 4 beyin mərkəzi ilə İtaliya və Britaniya, 3 beyin mərkəzi ilə Braziliya, 2 beyin mərkəzi ilə Argentina tutur. Siyahıda Hollandiya, Kanada, Cənubi Afrika, İsveçrə, Hindistan, Polşa, Fransa, Finlandiya, Qırğızıstan, Norveç, İsveç, Türkiyə, İspaniya, Yunanıstan, Sinqapur, İsrail, Azərbaycan, Misir, Avstraliya və beynəlxalq beyin mərkəzləri də yer alıb.

Vüqar Bayramov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayram günlərində heç 2 manata da 1 dollar tapa bilməyəcəyik

100 ən güclü beyin mərkəzinə malik 31 ölkə arasında Azərbaycan da var. Hesabata görə, Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) dünyanın ən güclü 100 beyin mərkəzindən biridir. Çinlilərin araşdırmasına görə, İSİM 134 balla dünyada 57-dir. İSİM dünyada yerləşən 10 minə yaxın beyin mərkəzi arasında ilk ən güclü yüzlüyə daxil olub. Burada dünyanın ən güclü beyin mərkəzi 179 balla ABŞ-ın Karnegi Mərkəzi seçilib.

Qeyd edək ki, İSİM-in rəhbəri iqtisadçı-alim, Sputnik-in ekspertlərindən biri Vüqar Bayramovdur. O, bu barədə Sputnik-ə verdiyi açıqlamada deyib: "Pekində aparılan kifayət qədər sanballı araşdırmanın nəticəsi olaraq İSİM-in adının dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilməsi qürurvericidir. İSİM adətən özünün elmi tədqiqatları ilə dünyanın aparıcı beyin arenalarının diqqətini cəlb edib. Hər il bu mərkəzin hesabatlarına yüzlərlə qlobal təşkilat istinad edir. Dünyanın aparıcı universitetləri, media qurumları mütəmadi olaraq İSİM-in hesabatlarına müraciət edirlər. Biz bütün qlobal qiymətləndirmələrdə və hesabatlarda regionda top beyin mərkəziyik və bunu da qoruyub saxlamaqdan ötrü keyfiyyətli tədqiqat bizim üçün hər zaman prioritetdir və prioritet olaraqda qalacaq".

Xəbər lenti
0