11:47 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
78

Google Translate xidməti bir sıra söz və söz birləşmələrini Ukrayna dilindən rus dilinə özünəməxsus formada tərcümə etməyə başlayıb

BAKI, 5 yan-Sputnik. Google Translate xidməti bir sıra söz və söz birləşmələrini Ukrayna dilindən rus dilinə özünəməxsus formada tərcümə etməyə başlayıb. Sputnik-in məlumatına görə, Google Translate ukraincə "Російська Федерація" (Rusiya Federasiyası) sözünü "Мордор" (Mordor — "Üzüklər şahzadəsi" filmində ölkə adıdır-red) kimi tərcümə edir. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun familiyası isə Google-da "грустная лошадка" ("kədərli at" —red.) kimi tərcümə olunur.

Ukrayna mediasının yazdığına görə, "росіяни" (rusiyalılar) sözü "оккупанты" (işğalçılar —red.) kimi tərcümə olunur. Lakin Sputnik-in redaksiyası "росіяни" sözünün tərcüməsində həmin nəticəni almayıb.

Bu səviyyədə insidentin baş verdiyi ilk dəfə deyil. Buna qədər, 2010-cu ildə "USA is to blame, Russia is to blame, Obama is to blame, Medvedev is to blame" ifadəsi Google-un tərcümə pəncərəsində rus dilində belə yazılırdı — "США не виноваты, Россия виновата, Обама не виноват, Медведев виноват" (ABŞ günahkar deyil, Rusiya günahkardır, Obama günahkar deyil, Medvedyev günahkardır-red.).

Bundan bir il əvvəl isə Google-nin tərcümə xidməti Yanukoviç və Yuşenkonu rus dilindən Çin dilinə tərcümə edəndə dəyişik salırdı.

Əlaqədar

Avropa Komissiyası “Google” haqqında materiallar toplayır
İldırım Google-dakı məlumatların itməsinə səbəb olub
“Google” yeni “Alphabet” şirkətini yaratdığını elan edib
“Google” jurnalistlər üçün yeni servis işə salıb
Teqlər:
ABŞ, Rusiya, sputnik.az Google Play

Əsas mövzular