"İran-Ərəb gərginliyi məzhəb savaşına səbəb olacaq"

© sputnik.azpolitoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы
politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu: "Bütün bu gərginliyin fonunda iki ölkənin hərbi qarşıdurmaya gedəcəyini düşünmürəm"

BAKI, 5 yan — Sputnik. Səudiyyə Ərəbistanında şiə din alimi Ayətullah Nemrin edam edilməsi İranla bu ölkə arasındakı münasibətləri daha da gərginləşdirib. Rəsmi Tehranın sözügedən edama sərt reaksiya göstərməsi, Səudiyyə Ərəbistanına nota verməsi İran vətəndaşlarını sakitləşdirməyə kifayət etməyib. Onlar Tehrandakı Səudiyyə səfirliyini atəşə verərək iki ölkə arasındakı gərginliyi ən pik həddə çatdırıblar. Hadisədən sonra Riyad rəhbərliyi İranla bütün əlaqələri kəsdiyini açıqlamaqla birlikdə, hər iki ölkə qarşılıqlı olaraq bir-birilərini terrorçulara dəstək verməklə təqsirləndirdi.

Məsələ bununla da sonlanmadı, son olaraq körfəz ölkələri də bir-bir İranla diplomatik əlaqələri dondurduğunu açıqladı. Öz növbəsində İranın ali dini lideri Xameneyi şiə alimi Nemrin edamından sonra "müqəddəs intiqamın" başladığını və Səudiyyə Ərəbistanı rəhbərliyinin Allahın qəzəbinə düçar olacağını söylədi.

Mövzunu Sputnik-ə şərh edən politoloq Elxan Şahinoğlu, Ərəb-İran gərginliyinin məzhəb qarşıdurmasına səbəb olacağını deyib: "Onsuz da Suriya məsələsinə görə regionda məzhəb qarşıdurması var idi. Səudiyyə Ərəbistanı ilə İran arasında baş verənlər məzhəb savaşını daha da arzuolunmaz səviyyəyə çatdıra bilər. Necə ki, dünən İraqda biz bunun şahidi olduq. Ardıcıl iki məsciddə partlayış baş verməsi məhz bu gərginlikdən qaynaqlanır".

Şahinoğlunun sözlərinə görə, iki dövlətin bir-biri ilə aktiv müharibəyə keçməsi mümkün görünmür: "Bütün bu gərginliyin fonunda iki ölkənin hərbi qarşıdurmaya gedəcəyini düşünmürəm, lakin bu proses Suriyadakı böhrana birbaşa təsir edəcək".

Xəbər lenti
0