02:03 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
195210

Hillari Klinton prezident seçilərsə, "51-ci bölgə" ilə bağlı bütün gizlinləri ortaya çıxaracağını bəyan edib

BAKI, 5 yan-Sputnik. ABŞ-da, xüsusilə respublikaçı namizəd Donald Tramp (Donald Trump) sayəsində bir xeyli mübahisə yaradan prezidentlik yarışında verilən vədlərə daha biri də əlavə edilib. Sputnik-in məlumatına görə, ABŞ prezidentliyinə namizədlər arasında ən güclülərdən biri sayılan Hillari Klinton (Hillary Clinton), 8 ildən sonra verdiyi ilk eksklüziv müsahibəsində gündəlik siyasi məsələləri bir kənara qoyaraq UNO-lardan (Uçan Naməlum Obyekt) danışıb. Demokrat namizəd və sabiq dövlət katibi Hillari Klinton yadplanetlilərin dünyanı və Yer planetini ziyarət etmiş ola biləcəyini söyləyib, prezident seçilərsə, mübahisəli "51-ci bölgə"ni dərindən araşdıracağına söz verib.

Nyu Hempşirdəki (New Hampshire) seçki mitinqindən sonra "The Conway Daily Sun" qəzetinə müsahibə verən Hillari Klinton, əri və keçmiş ABŞ prezidenti Bill Klintonun 2014-cü ildə bir televiziya proqramında yadplanetlilərlə bağlı dediyi sözlərin xatırladılması ilə əlaqədar bildirib: "Ola bilər ki, yadplanetlilər bizi ziyarət ediblər. Dəqiq bilmirik".

Bill Klinton, Cimmi Kimmelin (Jimmy Kimmel) aparıcılıq etdiyi proqramda demişdi ki, "əgər yad planetlilər tərəfindən ziyarət edilsə, buna təəccüblənməyəcək".

Digər tərəfdən özünü UNO ilə maraqlananlara və elm adamlarına sevdirmək üçün manevr edən Hillari Klinton, prezident seçiləcəyi təqdirdə yadplanetlilərlə bağlı bütün məlumatları ortaya qoyacaqlarını və məsələnin kökünü araşdıracağını söyləyib. Bununla yanaşı Klinton, yadplanetlilərin ziyarət etdiyi söylənən, kinolara mövzu olan "51-ci bölgə"yə (Nevada ştatındakı gizli hərbi hissə) də gedəcəyini bildirib. Klinton buradan bəhs edərkən əvvəl "54-cü bölgə" desə də, sonradan səhvini başa düşüb düzəldib.

Baxmayaraq ki, Bill Klinton Kimmelin proqramında "51-ci bölgə"ni araşdırdığını, amma yadplanetlilərin izini tapmadığını demişdi.

Əlaqədar

Hillari Klinton seçki kampaniyası üçün 45 milyon dollar ianə toplayıb

Əsas mövzular